Azərbaycanın gələn il üçün əsas iqtisadi hədəfləri nələrdir? | Banco.az

Azərbaycanın gələn il üçün əsas iqtisadi hədəfləri nələrdir?

Müəllif - Şəbnəm Mehdizadə, Banco.az

2022-ci ilin bitməsinə az müddət qalıb. Cari il ərzində dünya iqtisadiyyatında müxtəlif iqtisadi çətinliklər yaşandı. Rusiya-Ukrayna müharibəsi fonunda ölkələrarası iqtisadi əlaqələr xeyli zəiflədi. Elə Azərbaycanda da bu il müxtəlif iqtisadi çətinliklər yaşandı.

Maraqlıdır, belə bir şəraitdə Azərbaycanın gələn il üçün əsas iqtisadi hədəfləri nələrdir?

Mövzu ilə bağlı Banco.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, hökumətin büdcə proqnozlarına əsasən əsas xərc və gəlir istiqamətlərini müəyyən edə bilərik:

“Gələn il Azərbaycanın qarşılaşacağı əsas problemlər inflyasiya və qiymət artımlarının nəzarətə götürülməsi olacaq. İnflyasiyanın kəskin azaldılması istiqamətində ciddi addımlar atılmalıdır. Düşünürəm ki, hökumətin qarşısına qoyduğu əsas hədəflər içərisində ölkədə rəqabət mühitinin yaxşılaşdırmaq olmalıdır. İnvestisiya mühiti daha da yaxşılaşdırılmalı, anti-inhisarlara qarşı tənzimlənmə mexanizmi təkmiləşdirilməlidir. İnsanların yoxsullaşmasının qarşısı alınmalıdır. Qiymət siyasətinə nəzarət mexanizmi formalaşdırılmalıdır ki, əhali əmək haqqını inhisarların varlanmasına xərcləməsin”.

İqtisadçının fikrincə, gələn il Şərqi Zəngəzur və Qarabağda infrastruktur işlərinin növbəti mərhələsi davam etməlidir:

“Özəl sektorun Qarabağa cəlbi çox mühümdür. Yaşayış məntəqələrinin, zavod və fabriklərin, otellərin tikintisinə sərmayənin cəlbinə nail olmalıyıq. Kənd təsərrüfatı bu zonalarda daha da inkişaf etdirilməli, məhsuldarlığın artırılmasına xüsusi diqqət olmalıdır. Gələn il üçün əsas məqsədlərdən biri də alternativ enerji istehsalını artırmaqdır. Su, külək və günəş elektrik stansiyalarının, günəş panellərinin qurulması istiqamətində addımların atılması əsas fəəliyyət istiqamətlərindən olacaq. Gələn əsas məqsədlərdən biri də Azərbaycanın Cənub Qaz Dəhlizi ilə Avropaya qaz ixracatını daha da artırmaqdır. Neft qiymətlərinin builki qədər yüksək olcağı proqnoz edilmir. Lakin neft qiymətlərinin büdcədə konservativ rəqəmlərlə hesablanması onu deməyə əsas verir ki, büdcənin icrasında problemlər gözlənilmir”. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram