Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-iyul aylarında Fransadan 316 milyon 903 min dollar dəyərində məhsul idxal edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin yanvar-iyul aylarına nisbətdə 185 milyon 207 min dollar və ya 2,4 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanın Fransaya ixracının dəyəri isə 127 milyon 266 min dollara bərabər olub. Bu da illik müqayisədə 81 milyon 126 min dollar və ya 2,7 dəfə çoxdur.
Qeyd edək ki, ilk 7 ayda iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri isə 444 milyon 169 min dollar təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!