Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-oktyabr aylarında xarici ölkələrlə 43 milyard 520 milyon 184 min dollar dəyərində ticarət əməliyyatı aparıb.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 6% azdır.
Hesabat dövründə Azərbaycanın əsas ticarət tərəfdaşı İtaliya (13.5 mlrd. dollar) olub.
Bu ilin ilk 10 ayında Azərbaycanın 10 əsas ticarət tərəfdaşları isə bu ölkələr olub:
Ölkələr |
Ticarət dövriyyəsi (min ABŞ dolları) |
İtaliya |
13.500.107.940 |
Türkiyə |
6.747.082.670 |
Rusiya |
3.443.055.340 |
Çin |
2.574.301.990 |
Almaniya |
1.397.299.550 |
İsrail |
1.354.245.230 |
Yunanıstan |
1.251.666.060 |
Hindistan |
994.019.020 |
İspaniya |
802.445.950 |
Gürcüstan |
736.320.900 |
Bizi sosial şəbəkələrdən izləyin!!