Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-aprel aylarında 1 milyard 68 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin ilk 4 ayı ilə müqayisədə 148 milyon 623 min dollar və ya 16,2% çoxdur.
Hesabat dövründə Azərbaycanın əsas qeyri-neft idxalçısı Rusiya (321,4 milyon dollar) olub.
İlk 5-likdə olan ölkələr aşağıdakı cədvəldə qeyd edilib:
Ölkələr |
İxracın dəyəri (dollar) |
Rusiya |
321 milyon 373 min |
Türkiyə |
187 milyon 678 min |
Gürcüstan |
105 milyon 756 min |
İsveçrə |
100 milyon 516 min |
Ukrayna |
63 milyon 25 min |
Bizi sosial şəbəkələrdən izləyin!!