Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-iyul aylarında 2,1 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 19,3% çoxdur.
Hesabat dövründə Azərbaycanın əsas qeyri-neft idxalçıları Rusiya (641,9 milyon dollar), Türkiyə (555,1 milyon dollar) və Gürcüstan (198,7 milyon dollar) olub.
İlk 10-luqda tam siyahı isə aşağıdakı cədvəldə qeyd edilib:
|
Ölkələr |
İxracın dəyəri (min dollar) |
|
Rusiya |
641.942.430 |
|
Türkiyə |
555.138.130 |
|
Gürcüstan |
198.697.260 |
|
İsveçrə |
81.844.730 |
|
Qazaxıstan |
66.472.150 |
|
Türkmənistan |
52.101.220 |
|
Ukrayna |
39.791.610 |
|
BƏƏ |
34.627.580 |
|
Özbəkistan |
25.694.760 |
|
Latviya |
23.593.740 |
Bizi sosial şəbəkələrdən izləyin!!
