Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın ixracı 4 milyard 779 milyon dollar, idxalı isə 2 milyard 446 milyon dollar təşkil edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal illik müqayisədə 7,7% azalıb (2023-cü ilin eyni dövründə 2 milyard 650 milyon dollar).
Hesabat dövründə Azərbaycan ən çox məhsulu bu ölkələrdən idxal edib:
- Çin – 481,2 milyon dollar
- Rusiya – 436,1 milyon dollar
- Türkiyə – 345,2 milyon dollar
- ABŞ – 114,7 milyon dollar
- Almaniya –113,7 milyon dollar
- İran – 80,3 milyon dollar
- Belarus – 68,98 milyon dollar
- Türkmənistan – 61,8 milyon dollar
- İtaliya – 58,8 milyon dollar
- Koreya Respublikası – 58,6 milyon dollar
Bizi sosial şəbəkələrdən izləyin!!