Azərbaycanın ən böyük ticarət tərəfdaşına ixracı azalıb | Banco.az

Azərbaycanın ən böyük ticarət tərəfdaşına ixracı azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-cü ildə Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 15 milyard 685 milyon 971 min dollar dəyərində olub.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 2 milyard 436 milyon dollar və ya 13,4% azdır. 

Hesabat dövründə Azərbaycandan İtaliyaya 15 milyard 208 milyon dollarlıq (14,5% az) mal ixrac edilib, bu ölkədən idxal isə 477 milyon 903 min dollar (40,4% çox) dəyərində olub. Bununla da İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı mövqeyini qoruyub. 

Qeyd edək ki, İtaliya həmçinin Azərbaycanın ən böyük neft idxalçısıdır. Belə ki, ötən il Azərbaycan İtaliyaya 7,1 milyard dollar dəyərində neft satıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et