Azərbaycanın ən böyük şirkətində orta maaş 84 manat artıb | Banco.az

Azərbaycanın ən böyük şirkətində orta maaş 84 manat artıb

2018-ci ildə SOCAR üzrə cəmi hesablanmış əmək haqqı və digər ödənişlər 682 milyon 150 min manat olmuşdur ki, bu da 2017-ci il ilə (628 milyon 140 min manat) müqayisədə 54 milyon manat və ya 8,6% çoxdur.

Bu barədə SOCAR-ın 2018-ci il üzrə illik hesabatında deyilir.

Qeyd edilib ki, 2018-ci ildə işçilərə cəmi hesablanmış əmək haqqı və digər ödənişlərin tərkibində vəzifə (tarif) maaşlarının məbləği 345 milyon 150 min manat və ya əmək haqqı fondunda xüsusi çəkisi 51% təşkil etmişdir.

Ən sərfəli kredit üçün müraciət et

2018-ci ildə Şirkət üzrə işçilərin orta aylıq əmək haqqı 1121,65 manat təşkil etmişdir ki, bu da 2017- ci il ilə (1037,30 manat) müqayısədə 84,34 manat və ya 8,13% artmışdır.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et