Azərbaycanın elektromobil idxalına çəkdiyi xərc 8 dəfə artıb | Banco.az

Azərbaycanın elektromobil idxalına çəkdiyi xərc 8 dəfə artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana bu ilin yanvar-avqust aylarında 1 803 ədəd yalnız elektriklə işləyən (elektromobil) avtomobil idxal edilib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, ötən 8 ayda ölkənin elektromobil idxalının dəyəri isə 74 milyon 136 min dollar olub.

Əlavə edək ki, 2022-ci ilin eyni dövrü ilə müqayisədə elektromobil idxalı həcm baxımından 6,8 dəfə, dəyər ifadəsində isə 8,2 dəfə artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram