Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana bu ilin yanvar-iyul aylarında 1 492 ədəd yalnız elektriklə işləyən (elektromobil) avtomobil idxal edilib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, ötən 7 ayda ölkənin elektromobil idxalının dəyəri isə 61 milyon 361 min dollar olub.
Əlavə edək ki, 2022-ci ilin eyni dövrü ilə müqayisədə elektromobil idxalı həcm baxımından 8 dəfə, dəyər ifadəsində isə 11,1 dəfə artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!