Azərbaycanın elektromobil idxalı 7 dəfə artıb | Banco.az

Azərbaycanın elektromobil idxalı 7 dəfə artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana bu ilin yanvar-sentyabr aylarında 2 118 ədəd yalnız elektriklə işləyən (elektromobil) avtomobil idxal edilib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, ötən 9 ayda ölkənin elektromobil idxalının dəyəri isə 85 milyon 882 min dollar olub.

Əlavə edək ki, 2022-ci ilin eyni dövrü ilə müqayisədə elektromobil idxalı həcm baxımından 7,1 dəfə, dəyər ifadəsində isə 8,5 dəfə artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram