Azərbaycanın əczaçılıq məhsullarının idxalına çəkdiyi xərc artıb | Banco.az

Azərbaycanın əczaçılıq məhsullarının idxalına çəkdiyi xərc artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana 2025-ci ilin yanvar-noyabr aylarında idxal olunan əczaçılıq məhsullarının dəyəri 478 milyon 49 min dollar təşkil edib. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 10 milyon 922 min dollar və ya 2,3% çoxdur.

Hesabat dövründə əczaçılıq məhsullarının idxalı ölkənin ümumi idxalının 2.26%-ni təşkil edib.

Xatırladaq ki, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 467 milyon 127 min dollar dəyərində əczaçılıq məhsulları idxal edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram