Azərbaycanın dövlət büdcəsinin yenilənmiş gəlirlərinin əsas parametrləri açıqlanıb | Banco.az

Azərbaycanın dövlət büdcəsinin yenilənmiş gəlirlərinin əsas parametrləri açıqlanıb

Azərbaycanın yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirləri 33 779,5 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3 005,5 milyon manat və yaxud 9,8 % çoxdur.

Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verilir.

Məlumata görə, büdcə gəlirlərinin 52,5 %-i və yaxud 17 739,7 milyon manatı neft sektorunun, 47,5 %-i və yaxud 16 039,8 milyon manatı qeyri-neft sektorunun payına düşür. 2023-cü ilin təsdiq olunmuş göstəriciləri ilə müqayisədə neft sektoru üzrə gəlirlər 1 442,7 milyon manat və yaxud 8,9 %, 2022-ci ilin icra göstəricisinə nisbətən 2 410,1 milyon manat (15,7 %), qeyri-neft sektoru üzrə isə 1 562,8 milyon manat və yaxud 10,8 %, 2022-ci ilin icra göstəricisinə nisbətən 689,8 milyon manat (4,5 %) artırılır.

Bütövlükdə dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri-neft gəlirlərinin xüsusi çəkisi təsdiq olunmuş göstəriciyə nisbətən 0,5 faiz bənd artaraq 47,5 % təşkil edəcək.

Büdcə gəlirlərinin 14 932,0 milyon manatı və yaxud 44,2 %-i İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların, 5 728 milyon manatı və yaxud 17 %-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 11 737,7 milyon manatı və yaxud 34,7 %-i Dövlət Neft Fondundan transfertin, 801 milyon manatı və yaxud 2,4 %-i büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə daxilolmaların, 580,8 milyon manatı və yaxud 1,7 %-i sair gəlirlərin payına düşür.

Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların məbləği 14 932,0 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin təsdiq olunmuş göstəricisinə nisbətən 1 530 milyon manat və yaxud 11,4 % çoxdur. Vergi daxilolmalarının 6 002 milyon manatı və yaxud 40,2 %-i neft sektorunun, 8 930 milyon manatı və yaxud 59,8 %-i isə qeyri-neft sektorunun payına düşəcək. O cümlədən qeyri-neft sektoru üzrə daxilolmalar təsdiq olunmuş göstəricilərlə müqayisədə 545 milyon manat və yaxud 6,5 %, 2022-ci ilin icra göstəricisi ilə müqayisədə isə 793,7 milyon manat və yaxud 9,8 % çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Yenidən baxılmış büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə daxilolmalar ilkin proqnoza nisbətən 74,5 milyon manat və yaxud 10,3 % artırılaraq 801 milyon manat, dövlət büdcəsinin digər daxilolmaları 18,6 milyon manat və yaxud 3,3 % artırılaraq 580,8 milyon manat (İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xətti ilə yenidən baxılmış daxilolmalar 5 milyon manat artırılaraq 25 milyon manat müəyyən edilib) səviyyəsində proqnozlaşdırılır.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et