Azərbaycanın dövlət büdcəsinin qalığı 2 dəfədən çox azalıb | Banco.az

Azərbaycanın dövlət büdcəsinin qalığı 2 dəfədən çox azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 18 milyard 766,6 milyon manat, dövlət büdcəsinin xərcləri isə 17 milyard 620,5 milyon manat təşkil edib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə müvafiq olaraq 4,8% və 14,9% çoxdur.

Qeyd edək ki, nəticədə büdcənin icrasında 1146,1 milyon manatlıq profisit yaranıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə azdır. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram