Azərbaycanın dövlət büdcəsinin kəsiri 37 % azalıb | Banco.az

Azərbaycanın dövlət büdcəsinin kəsiri 37 % azalıb

2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 37 milyard 164,2 milyon manat, xərcləri isə 37 milyard 719,7 milyon manat təşkil edib.

 Dövlət Statistika Komitəsinin məlumatına görə bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 5,5 % və 3,5 % çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Son nəticədə ötən il büdcədə 555,5 milyon manat və yaxud ümumi daxili məhsulun 0,4 %-i qədər kəsir yaranıb. Bu isə əvvəlki ilə nisbətən 37,1 % azdır.