"Azərbaycanın dövlət büdcəsi siyasəti kontur-tsiklik olmalıdır".
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov bildirib.
"Bizim sərəncamımızda kifayət qədər ehtyatlar olmalıdır ki, bu siyasəti həyata keçirək", - nazir əlavə edib.
Onun sözlərinə görə, "2017-ci il dövlət büdcəsi haqqında” qanununun tətbiqinin mahiyyəti ondan ibarətdir ki, bu qanunun tətbiqi ilə maliyyə intizamı yaradılır: "Qanunun tətbiqi zamanı xərclərin yuxarı həddində uzun və orta müddətli limitlər tətbiq olunur. Digər tərəfdən, bizim üçün vacib olan meyar gəlirlərin dəyişkənliyidir. Bunun üçün qanunun tətbiqi ilə gəlirlərin dəyişkənliyindən qoruyucu mexanizmlər işə salınır. Bu o deməkdir ki, bizim büdcə siyasətimiz kontur-tsiklik olmalıdır. Yəni bizim gəlirlərimiz artanda, o artımın hamısını xərcləməməliyik. Gəlirlərimiz azalanda isə bizim sərəncamımızda kifayət qədər ehtiyat olmalıdır ki, kontur-tsiklik siyasəti həyata keçirə bilək".
Report.az