Azərbaycanın dövlət borcu nə qədərdir? | Banco.az

Azərbaycanın dövlət borcu nə qədərdir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu il iyulun 1-i tarixinə Azərbaycanın dövlət borcu 16 151 milyon manat və yaxud 2023-cü il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun 14,5%-i qədər olub.

Banco.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, borcun 6 576,9 milyon ABŞ dolları xarici, 4 970,3 milyon manatı isə daxili dövlət borcudur. Bunlar isə gözlənilən ÜDM-in müvafiq olaraq 10%-i və 4,5%-i qədərdir.

Daxili dövlət borcunun əsas hissəsi dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi, dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi məqsədilə buraxılmış dövlət istiqrazlarından ibarətdir. Hesabat tarixinə dövriyyədə olan dövlət istiqrazlarının 28,5%-i 1 illik, 54%-i 2 və 3 illik, 17,5%-i isə 5 və 7 illik dövlət istiqrazlarının payına düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram