Azərbaycanın dövlət bankları kredit qoyuluşunda payını artırıb | Banco.az

Azərbaycanın dövlət bankları kredit qoyuluşunda payını artırıb

Bu il oktyabrın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 14 873,7 milyon manat təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,4% çoxdur.

Kredit qoyuluşunun 11 855 milyon manatı və yaxud 79,7%-i özəl bankların payına düşüb. Bu illik müqayisədə 3,5% çoxdur.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 2 642 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 9,2% çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 17%-dən 17,8%-ə qalxıb.

Sentyabrın sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredi qoyuluşu isə 376,6 milyon manat olub. Bu isə illik müqayisədə 1,5% çoxdur. İl ərzində BOKT-ların kredit qoyuluşundakı xüsusi çəkisi isə dəyişməyərək 2,5% təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et