Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ilin yanvar-fevral aylarında əczaçılıq məhsullarının istehsalı sahəsində 5.3 milyon manatlıq məhsul istehsal edilib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 51% artıb.
Cari ilin ilk 2 ayında 3 109,0 min manatlıq dərman istehsal edilib ki, bu da illik müqayisədə 58,8% artım deməkdir.
2024-cü il mart ayının 1-ə olan məlumata görə, Azərbaycanın hazır dərman məhsul ehtiyatı isə 1 351,2 min manat təşkil edir.
Bizi sosial şəbəkələrdən izləyin!!