Azərbaycanın Çindən idxalı 26% artıb | Banco.az

Azərbaycanın Çindən idxalı 26% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanla Çinin ticarət dövriyyəsi 2024-cü ilin birinci rübündə 748 milyon 785 min dollar təşkil edib. 

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 123 milyon 763 min dollar və ya 19,8% çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 743 milyon 728 min dollarlıq məhsul idxal edib. Bu da illik müqayisədə 154 milyon 600 min dollar və ya 26,2% çoxdur. 

Qeyd edək ki, ötən ilin birinci rübündə Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 625,1 milyon dollar dəyərində olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram