Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda 2024-cü ilin yanvar-avqust aylarında 8217,0 ton çay istehsal edilib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, çay istehsalı illik müqayisədə 9,5% artıb.
Məlumata görə, 1 sentyabr tarixinə ölkədə hazır məhsul ehtiyatı 99,9 ton olub.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında ölkədən 4 milyon 372 min dollar dəyərində 488.6 ton çay ixrac edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!