Azərbaycanın çay idxalı ixracını 19 dəfədən çox üstələyib | Banco.az

Azərbaycanın çay idxalı ixracını 19 dəfədən çox üstələyib

2024-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycanın çay idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6.8% artaraq 6 576 ton, dəyər baxımından isə 2.3% artaraq 33.5 milyon ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsinin hesabatına görə, hesabat dövründə Azərbaycanın çay ixracı illik müqayisədə həcm baxımından 3% artaraq 344.61 ton, dəyər baxımından isə 3.5% artaraq 3 milyon 122 min ABŞ dolları təşkil edib. Beləliklə, həcm ifadəsində idxal ixracı 19.1 dəfə üstələyib.

    Qeyd edək ki, bu dövrdə çayın bir kiloqramının orta idxal qiyməti 8.7 manat, orta ixrac qiyməti isə 15.4 manat təşkil edib.

    Xatırladaq ki, hesabat dövründə çay ixracı Azərbaycanın ümumi ixracının 0,02%-ni, çay idxalı isə ölkənin ümumi idxalının 0,38%-ni təşkil edib.

    Ən sərfəli kredit üçün müraciət et

    apa

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Facebook

    Instagram

    Telegram

     

    Ən sərfəli krediti almaq üçün müraciət et