Azərbaycanın buğda idxalına çəkdiyi xərc artıb | Banco.az

Azərbaycanın buğda idxalına çəkdiyi xərc artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana 2025-ci ilin yanvar ayında 18 milyon 695 min ABŞ dolları dəyərində 86 min 654 ton buğda idxal edilib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin ilk ayı ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 14,8%, həcmi isə 23,5% artıb.

Məlumata görə, bu dövrdə idxal edilən buğdanın 1 tonunun qiyməti təxminən 215.7 dollar olub ki, bu da 2024-cü ilin eyni dövrü (232.1 dollar) ilə müqayisədə 7,1% və ya 16.4 dollar azdır. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram