Azərbaycanın Böyük Britaniyaya neft ixracı artıb | Banco.az

Azərbaycanın Böyük Britaniyaya neft ixracı artıb

Müəllif:Mehin Qasımova/Banco.az

Azərbaycan bu ilin yanvar-avqust aylarında Böyük Britanyaya  390 milyon 895 min dollar dəyərində 650 min 115 ton neft ixrac edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən neftin dəyəri illik müqayisədə 57 milyon 926 min dollar və ya 17,4% artıb.

Böyük Britaniyaya neft ixracının həcmi isə ötən ilin yanvar-avqust aylarına nisbətdə 18,2% artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram