Azərbaycanda bank sisteminin təmərküzləşməsi azalır.
“Marja” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Maliyyə sabitliyi icmalı"nda deyilir.
İcmaldan məlum olur ki, Azərbaycanda bank sektorunda rəqabət orta səviyyədədir.
“İri bankların (kapitalın həcminə görə ilk 5 bank) sistem üzrə aktivlərdə payı 57,8%-dən 54,1%-ə azalmış, iqtisadiyyata kredit qoyuluşunda isə payı 54,2%-dən 54%-ə enmişdir. Herfindal-Hirşman indeksi 2də (bank sistemində təmərküzləşmə səviyyəsini qiymətləndirilməsi üçün tətbiq edilir) bank sisteminində ilin əvvəli ilə müqayisədə təmərküzləşmənin bir qədər azaldığını əks etdirir”,- İcmalda deyilir.
Kreditin həcminə görə Herfindal – Hirşman indeksi 2009-cu ildəki 2395,2 səviyyəsindən 1521-ə düşüb.
Qeyd edək ki, Herfindal – Hirşman indeksinə görə, 1000 baldan aşağı səviyyələr rəqabətli (təmərküzləşmiş), 1000-1800 orta rəqbətli (orta təmərküzləşmiş), 1800-dən yuxarı isə rəqabətli olmayan (təmərküzləşməmiş) bazar hesab olunur. Bu səviyyə Avropa Birliyində 653-ə bərabərdir.