İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Food and Snack Group" MMC-ni dövlət qeydiyyatına alıb.
Yeni şirkətin hüquqi ünvanı Qəbələ şəhəri, Elçin Kərimov küçəsi, 34, nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Hikmət Abuzər oğlu İsmayılovdur.
Söhbət “AFB Bank” ASC-nin 99,64%-lik, “Azsığorta” ASC-nin isə 100%-lik, eləcə də “Bank of Baku” ASC-nin 31,11% -lik səhmdarından gedir.
"Food and Snack Group" son 2 il ərzində H.İsmayılovun iştirakı ilə yaradılan 3-cü şirkətdir. Bundan əvvəl bank-sığorta maqnatının iştirakı ilə “NH İnvestment” və "Professional Real Estate Services" MMC-lər yaradılıb.
report
Bizi sosial şəbəkələrdən izləyin!!