Cari ilin 9 ayı üzrə Azərbaycanın bank sektorunun xalis mənfəəti 522.7 milyon manat təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə bank sektorunun xalis mənfəəti 3 dəfə artıb. Ötən ilin yanvar-sentyabr dövründə bank sektorunun cəmi xalis mənfəəti 171.8 milyon manat təşkil etmişdi.
Artımın böyük hissəsi Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank, PAŞA Bank və Xalq Bankın mənfəətləri ilə bağlıdır.
Mənfəət və zərər haqqında hesabat (Bank sektoru üzrə)
(mln manatla)
Mənfəət və zərər maddələri |
30.09.2018 |
30.09.2019 |
1. Faiz və gəlirlərin bu qəbildən olan növləri |
1,288.3 |
1,424.3 |
1.1 Kreditlər üzrə faizlər |
899.4 |
1,029.0 |
2. Faiz və onlara bağlı xərclər |
441.1 |
405.2 |
2.1 depozitlər üzrə faizlər |
288.6 |
276.2 |
3. Xalis faiz gəliri (zərəri) |
847.2 |
969.6 |
4. Qeyri-faiz gəlirləri |
393.3 |
510.8 |
5. Qeyri-faiz xərcləri |
731.4 |
837.5 |
6. Əməliyyat mənfəəti (zərəri) |
509.1 |
642.9 |
7. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər) |
313.7 |
86.2 |
8. Digər gəlirlər (xərclər) |
1.2 |
21.4 |
9. Vergilər ödənilənədək mənfəət (zərər) |
196.6 |
578.1 |
10. Mənfəətdən vergilər |
24.8 |
55.4 |
11. Xalis mənfəət (zərər) |
171.8 |
522.7 |
Marja