Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ilin sentyabr ayının 1-i tarixinə Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 49 mlrd. 567 mln. manat təşkil edib.
Banco.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların aktivləri 4 milyard 209 milyon manat və ya 9,3% artıb.
Belə ki, 1 sentyabr 2023 tarixinə ölkə banklarının cəmi aktivləri 45 mlrd. 358 mln. manat olub.
Qeyd edək ki, bu dövrdə sektorun cəmi cəmi öhdəlikləri 43,256 mln. manat (9,6% artıb), balans kapitalı 6,311 mln. manat (7,3% artıb) olub.
Bizi sosial şəbəkələrdən izləyin!!