Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin fevral ayının 1-i tarixinə Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 53,090.7 mln. manat təşkil edib.
Banco.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların aktivləri 3 milyard 794 milyon manat və ya 7,7% artıb.
Belə ki, 1 fevral 2024-cü il tarixinə ölkə banklarının cəmi aktivləri 49 mlrd. 296 mln. manat olub.
Qeyd edək ki, bu dövrdə sektorun cəmi cəmi öhdəlikləri 46,402 mln. manat (7,6% artıb), balans kapitalı 6,688 mln. manat (8,7% artıb) olub.
Bizi sosial şəbəkələrdən izləyin!!