Azərbaycanın bank sektoru bu ilin yanvar-mart aylarında 163 milyon manat xalis mənfəət əldə edib.
Azərbaycan Mərkəzi Bankının nməlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,6% çoxdur.
Üç ay ərzində bankların əməliyyat gəlirləri 675,6 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 7,5% çox), əməliyyat xərcləri 439,5 milyon manat (12,8% çox), xüsusi ehtiyatlara ayırmaları 48,1 milyon manat (60,8% az), mənfəət vergisi ödəmələri isə 24,9 milyon manat (60,7% çox) təşkil edib.
Report
Bizi sosial şəbəkələrdən izləyin!!