Azərbaycanın bank sektoru xalis mənfəətini 2 dəfədən çox artırıb | Banco.az

Azərbaycanın bank sektoru xalis mənfəətini 2 dəfədən çox artırıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-oktyabr aylarında 572,9 milyon manat xalis mənfəət əldə edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.

10 ay ərzində bankların əməliyyat gəlirləri 2 168,3 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 14,7% çox), əməliyyat xərcləri 1 396,3 milyon manat (6,7% çox), xüsusi ehtiyatlara ayırmaları 161,6 milyon manat (48,8% az), digər gəlirləri 21,4 milyon manat (42,8 dəfə çox), mənfəət vergisi ödəmələri isə 58,9 milyon manat (2,1 dəfə çox) təşkil edib.