Azərbaycanın avtomobil yollarında 51 ədəd elektron tərəzi quraşdırılacaq | Banco.az

Azərbaycanın avtomobil yollarında 51 ədəd elektron tərəzi quraşdırılacaq

Azərbaycanın avtomobil yollarında 31 yerdə 51 ədəd elektron tərəzinin quraşdırılması nəzərdə tutulub.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov sektorda qanunvericiliyin təkmilləşdirilməsinə dair keçirilən brifinqdə bildirib.

"İriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələbin pozulması hallarının müəyyən edilməsi məqsədilə bu parametrləri ölçən texniki vasitələrin ümumi istifadədə olan avtomobil yollarında quraşdırılması üçün iş aparılır. Bu sahədə qanunvericiliyə dəyişiklik edilərək normativ aktlar müasir dövrün tələblərinə uyğunlaşdırılıb.

Ən sərfəli kredit üçün müraciət et

Belə ki, qanunvericiliyə edilən dəyişikliklər inzibati xəta hadisəsi elektron tərəzilər və foto və ya videoqeydiyyat funksiyalarına malik texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydalarını ehtiva edir. Tətbiq edilən yeniliklərin məqsədi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cərimələri artırmaq deyil, böyük vəsaitlər hesabına inşa edilən avtomobil yollarını qorumaq, vətəndaş-məmur münasibətləri zamanı mümkün sui-istifadə hallarının qarşısını almaq və bu münasibətləri elektron münasibətlərə çevirməkdir. Qanun layihəsi hazırlanarkən, beynəlxalq təcrübəyə istinad edilib", - deyə o qeyd edib.

report

Ən sərfəli krediti almaq üçün müraciət et