Azərbaycanın avtomobil idxalına çəkdiyi xərc 94%-dən çox artıb | Banco.az

Azərbaycanın avtomobil idxalına çəkdiyi xərc 94%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana bu ilin yanvar-iyul aylarında 52 675 ədəd minik avtomobili idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal edilən avtomobillərin dəyəri isə 813 milyon 944 min dollar təşkil edib.

Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 395 milyon 286 min dollar və ya 94,4% çoxdur.

Qeyd edək ki, ötən ilin ilk 7 ayında ölkəyə 418 milyon 658 min dollarlıq 38 140 ədəd minik avtomobili idxal edilib.  

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram