Azərbaycanın avtomobil idxalı 34%-dək artıb | Banco.az

Azərbaycanın avtomobil idxalı 34%-dək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az 

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 1 milyard 374 milyon 23 min dollar dəyərində 81 min 206 ədəd avtomobil idxal edilib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 33,6%, dəyəri isə 65,7% artıb.

Qeyd edək ki, 2022-ci ilin müvafiq dövründə Azərbaycana 829 milyon 303 min dollar dəyərində 60 min 790 ədəd avtomobil idxal edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram