Azərbaycanın avtomobil idxalı 33%-dən çox artıb | Banco.az

Azərbaycanın avtomobil idxalı 33%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az 

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana 1 milyard 68 milyon 364 min dollar dəyərində 65 726 ədəd avtomobil idxal edilib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 33,5% və ya 16 481 ədəd artıb.

Qeyd edək ki, 2022-ci ilin müvafiq dövründə Azərbaycana 657 milyon 980 min dollar dəyərində 49 min 245 ədəd avtomobil idxal edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et