Azərbaycanın avtomobil bazarında vəziyyət necədir? | Banco.az

Azərbaycanın avtomobil bazarında vəziyyət necədir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Yay mövsümünün sonuna təxminən 1 ay vaxt qalıb. Bu sezon avtomobillərin qiymətində hansı dəyişikliklər oldu, bazarda kəskin enmə, yaxud artma müşahidə edildimi?

Banco.az-a mövzunu şərh edən avtomobil satışı üzrə ekspert Sərxan Qədirov bildirib ki, yay ayları ərzində avtomobil bazarlarında durğunluq olur:

"İnsanların əsasən rayonlara üz tutması, havaların isti keçməsi avtomobil bazarlarında müştərilərin azalmasına təsir göstərir. Bu, illər boyu belə olub. Yəni, hər yay eyni hal müşahidə edilir. Düzdür, qiymətlər artıq oturuşsa da, kəskin artım baş verməyib".

Ekspertin sözlərinə görə, qiymət artımları əsasən tələbatın artdığı dövrlərdə baş verir: "Bazarlara müştəri axınının artması önümüzdəki - sentyabr, oktyabr aylarında gözlənilir. Ümumən demək olar ki, qiymətlər hələ ki, stabildir. Dəyişiklik - artım, yaxud azalma müşahidə edilmir".

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et