Azərbaycanın Avropa Bankına borcu 8 mln. avro artıb | Banco.az

Azərbaycanın Avropa Bankına borcu 8 mln. avro artıb

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycan üçün indiyədək ayırdığı vəsaitlərin ümumi həcmi 2017-ci fevral ayı ərzində 28 mln. avro yaxud 1,07% artaraq 2017-ci il martın 1-nə 2 650 mln. avroya çatıb.

Bankın Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayı isə dəyişməyib və öncəki aylar olduğu kimi 161-dir. Bunun strukturunda özəl sektorun payı isə 1 faiz bəndi azalaraq 51% olub.

Məlumata görə, Azərbaycanın Banka ödənişlərinin həcmi 29 mln. avro yaxud 1,55% artaraq 1 906 mln. avroya çatıb.

Ən sərfəli kredit üçün müraciət et

EBRD-nin Azərbaycandakı əməliyyat aktivləri isə 11 mln. avro və yaxud 1,93% artaraq 581 mln. avro olub.

Bankın ölkədə maliyyələşdirdiyi layihələr üzrə cari portfel isə 8 mln. avro yaxud 0,85% artaraq 947 mln. avroya yüksəlib.

Qeyd edək ki, EBRD-nin Azərbaycandakı aktiv layihə portfelində də 1 vahid azalma var və hazırda Bank Azərbaycanda 55 aktiv layihədən ibarət portfelə malikdir.

Ən sərfəli krediti almaq üçün müraciət et