2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın aqrar məhsullar üzrə ixracı 27,5% artaraq 769,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixracı isə 260 milyon ABŞ dollarına bərabər olub.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi xəbər verir.
Məlumata görə, bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19,1% artaraq 1,03 mlrd ABŞ dolları təşkil edib.
Qeyd edilib ki, ötən ay yeyinti məhsulları ixracı 120.7 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları ixracı isə 218 milyon manat olub.
