Azərbaycanın Almaniyaya qeyri-neft ixracı 10% artıb | Banco.az

Azərbaycanın Almaniyaya qeyri-neft ixracı 10% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar ayında Azərbaycanın Almaniyaya qeyri-neft məhsullarının ixracı illik müqayisədə 503 min dollar və ya 9,9% artıb.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar ayında Almaniyaya qeyri-neft ixracının dəyəri 5 milyon 583 min dollar təşkil edib. 

2025-ci ilin eyni dövründə bu ölkəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 5 milyon 80 min dollar olub. 

Qeyd edək ki, ilk ayda Azərbaycanın ümumi qeyri-neft ixracının dəyəri isə 268 milyon 389 min dollara bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram