Azərbaycanın Almaniyaya neft ixracı 46% azalıb | Banco.az

Azərbaycanın Almaniyaya neft ixracı 46% azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Almaniya 2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan 127 milyon 484 min dollar dəyərində neft idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni müqayisədə 149 milyon 61 min dollar və ya 53.9% azdır. 

Hesabat dövründə Almaniyanın idxal etdiyi neftin həcmi illik müqayisədə 229 min 525 ton və ya 45.9% azalaraq 270 min 476 ton olub.

Qeyd edək ki, bu dövrdə Almaniya Azərbaycanın ən çox xam neft ixrac etdiyi 4-cü ölkə olub. Ötən ilin eyni dövründə isə Almaniya 3-cü sırada idi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram