Azərbaycanın 5 bankına "Pozitiv" qiymət verildi | Banco.az

Azərbaycanın 5 bankına "Pozitiv" qiymət verildi

Beynəlxalq Bankın, Kapital Bankın, Xalqbankın, Bank Respublikanın və Bank of Bakunun reytinqinin proqnozları "Pozitiv"ə yüksəldilib. Proqnozun "Pozitiv"ə yüksəldilməsi növbəti qiymətləndirilmələrdə reytinqin də yüksəldiləcəyi ehtimalını gücləndirir.

Qlobal maliyyə-iqtisadi reytinq xidməti "Moody’s Investor Service" ötən gün 5 Azərbaycan bankının – Beynəlxalq Bankın, Kapital Bankın, Xalq Bankın, Bank Respublikanın və Bank of Bakunun reytinqini qismən yeniləyib.

Ölkədə son dövrlərdə həyata keçirilən maliyyə əməliyyatlarının təkmilləşdirilməsi siyasəti, o cümlədən bankların kredit profillərinin təkmilləşdirilməsi, aktivlərin keyfiyyəti və gəlirlilik qiymətləndirmələrinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər ümumilikdə Azərbaycan bank sisteminin makro profilinin “Həddən artıq Zəif+”dan “Zəif - ”ə qədər yüksəldilməsinə təkan verib.

Yeni qiymətləndirmədə ən vacib məqamlar:

Beynəlxalq Bankın reytinq proqnozları “Stabil”dən “Pozitiv”ə doğru dəyişib, Baza Kredit Qiymətləndirilməsi (BKQ) b3-dən b2-yə qaldırılıb. Kapital Bankın BKQ-si təsdiqlənib və düzəliş edilərək b1 səviyyəsinə çatdırılıb. Xalq Bank, Bank Respublika və Bank of Baku ilə bağlı reytinqlərə də düzəliş edilərək, BKQ b3 səviyyəsində təsdiq edilib.

Beynəlxalq Bankın uzunmüddətli yerli və xarici valyuta depoziti reytinqləri B1 səviyyəsində, Kapital Bankın analoji reytinqi Ba3 səviyyəsində, Xalq Bankın reytinqi B2 səviyyəsində, Bank Respublika və Bank of Bakunun reytinqləri isə B3 səviyyəsində saxlanılaraq, təsdiqlənib.

Ən sərfəli kredit üçün müraciət et

Beynəlxalq Bankın və Bank of Bakunun uzunmüddətli yerli və xarici valyuta depoziti reytinqlərinə dair proqnozları “Stabil”dən “Pozitiv”ə doğru dəyişib. Kapital Bank, Xalq Bank və Bank Respublikanın müvafiq reytinqlərinin proqnozları isə “Neqativ”dən “Pozitiv”ə qaldırılıb.

Bütün beş bankın uzunmüddətli yerli və xarici valyutada Kontragent Risk Reytinqləri (KRR) və uzunmüddətli Kontragent Risk Qiymətləndirmələri (KRQ) əvvəlki mövqedə saxlanılıb. Həmçinin, adı çəkilən bankların qısamüddətli reytinqləri və qiymətləndirmələri dəyişməz qalıb.

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et