Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin ilk 5 ayında Azərbaycanın Ukraynaya qeyri-neft məhsullarının ixracı illik müqayisədə 8 milyon 30 min dollar və ya 25,2% artıb.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yanvar-may aylarında Ukraynaya qeyri-neft ixracının dəyəri 39 milyon 899 min dollar təşkil edib.
Ötən ilin eyni dövründə bu ölkəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 31 milyon 869 min dollar olub.
Qeyd edək ki, hazırda Azərbaycanın ən böyük qeyri-neft idxalçısı isə Rusiyadır (427 milyon 36 min dollar).
Bizi sosial şəbəkələrdən izləyin!!