Azərbaycandan turist axını 28% artıb | Banco.az

Azərbaycandan turist axını 28% artıb

2023-cü ilin yanvar-may ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 27,5 faiz artaraq 808,1 min nəfər olub.

Banco.az bu barədə Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 39,4 faiz, Türkiyəyə gedənlərin sayı 27,1 faiz, Gürcüstana gedənlərin sayı  21,3 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 14,9 faiz artıb. Azərbaycan Respublikası vətəndaşlarının 38,9 faizi Türkiyəyə, 21,9 faizi Rusiya Federasiyasına, 8,9 faizi Gürcüstana, 8,6 faizi İrana, 21,7 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 67,3 faizini kişilər, 32,7 faizini qadınlar təşkil edib.

2024-cü ilin yanvar-may aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 67,7 faizi hava, 30,0 faizi dəmir yolu və avtomobil, 2,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram