Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycandan fiziki şəxslər tərəfindən cari ilin yanvar-mart aylarında Rusiyaya 16 milyon 191 min dollar pul baratları göndərilib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 18,6% (3 milyon 688 min dollar) azdır. Ötən ilin eyni dövründə bu məbləğ 19 milyon 879 min dollara bərabər olub.
Qeyd edək ki, ilk 3 ayda Azərbaycandan Rusiyaya fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 12,3% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!