Azərbaycandan Rusiyaya I yarımildə 221 min nəfər səfər edib | Banco.az

Azərbaycandan Rusiyaya I yarımildə 221 min nəfər səfər edib

Bu ilin I yarısında Azərbaycandan Rusiyaya ümumilikdə 220,7 min nəfər səfər edib.

Bu barədə Rusiya Turoperatorlar Assosiasiyası (ATOR) məlumat yayıb.

Məlumata görə, yanvar-iyun aylarında 7,2 milyon əcnəbi bütün mümkün məqsədlərlə (turizm, şəxsi səfərlər, iş, təhsil, işgüzar məqsədlər və s.) Rusiyaya səfər edib ki, bu da koronavirus (COVID-19) pandemiyasından əvvəlki dövrlə müqayisədə 2 dəfə azdır.

Hesabat dövründə ümumi məqsədlə Rusiyaya ən çox Özbəkistandan (1,7 milyon ziyarət), Qazaxıstandan (1,4 milyon), Tacikistandan (1,1 milyon), Qırğızıstandan (510,900), Abxaziyadan (357,500), Ermənistandan (284,500), Çindən (263,900), Azərbaycandan (220,700), Belarusdan (155,200) və Monqolustandan (125,900) insanlar gəlib.

Eyni dövrdə turizm məqsədi ilə Rusiyaya ən çox Çindən (32,3 min nəfər), Türkiyədən (20,6 min nəfər) və Almaniyadan (12,5 min nəfər) insan gəlib.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram