Azərbaycandan Rusiyaya albalı ixracı artıb | Banco.az

Azərbaycandan Rusiyaya albalı ixracı artıb

2019-cu ildə Azərbaycandan təzə gilas və albalı ixracı 13,7% artaraq 26 min 515 ton təşkil edib. Bu barədə hökumətdən məlumat verilir.

Bu məhsulun satışından gəlir 42 milyon 200 min dollar təşkil edib (аrtım 11%).

İxracın bütün həcmi Rusiyanın payına düşüb. Xüsusilə, ötən il Rusiyaya 42 milyon 69 min dollar (аrtım 10,9%) məbləğində 26 min 413  ton təzə gilas və albalı ixrac olunub (artım 13,3%). 2019-cu il ərzində Azərbaycandan gilas və albalı ixracının 99,6%-i Rusiyanın payına düşüb.

Ən sərfəli kredit üçün müraciət et

2018-ci ildə Azərbaycan  37 milyon 988 min dollar məbləğində 23 min 320 ton gilas və albalı ixrac etmişdi. 

“İnterfaks-Azərbaycan”

Ən sərfəli krediti almaq üçün müraciət et