Azərbaycandan Rusiya ixrac artıb, idxal isə azalıb | Banco.az

Azərbaycandan Rusiya ixrac artıb, idxal isə azalıb

2019-cu ilin yanvar ayında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 169 mln. 486 min dollar təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 3,4% çoxdur. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) aylıq hesabatından məlum olur.

Yanvar ayında Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 7,36%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.

Hesabat dövründə Azərbaycan Rusiyaya 48 mln. 842 min dollar dəyərində məhsul ixrac edib (artım 28,1%). Bütövlükdə, 2019-cu ilin yanvar ayında Azərbaycandan ixracın 3,82%-i Rusiyanın payına düşüb.

Yanvar ayında Rusiyadan Azərbaycana idxalın həcmi 120 mln. 644 min dollar (azalma 4,1%) təşkil edib. Azərbaycana idxalın ümumi həcmində 11,8% Rusiyadan tədarükün payına düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Beləliklə, cari ilin yanvar ayında RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu 71 mln. 802 min dollar təşkil edib.

2018-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 2 mlrd. 550 mln. 906 min dollar təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 19,1% çoxdur. 2018-ci ildə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 8,25%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et