Müəllif: Gülnar Əhmədli, Banco.az
2023-cü ildə Azərbaycandan İsrailə köçürülmüş fiziki şəxslərin pul baratlarının həcmi cüzi azalıb.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, ötən il fiziki şəxslər tərəfindən İsrailə 2022-ci illə müqayisədə 274 min dollar və ya 10,7% daha az pul köçürülüb.
Bununla da İsrailə köçürmələrin ümumi həcmi 2 milyon 290 min dollara enib. 2022-ci ildə bu göstərici 2 milyon 564 min dollar təşkil edib.
Qeyd edək ki, ötən il Azərbaycandan ən çox pulun köçürüldüyü birinci ölkə (26,6% payla) Türkiyə olub.
Bizi sosial şəbəkələrdən izləyin!!