Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan hava nəqliyyatı ilə 2 milyon 233 min 261 nəfər səfər edib.
Banco.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,1% çoxdur.
Hesabat dövründə Azərbaycandan ən çox sərnişin 602 min 569 nəfər olmaqla Rusiyaya səfər edib.
Siyahıda 590 min 735 nəfərlə Türkiyə ikinci, 268 min 779 nəfərlə BƏƏ üçüncü qərarlaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!