2024-cü ildə Azərbaycandan Gürcüstana kapital xarakterli əməliyyatlar nəzərə alınmadan fiziki şəxslərin pul köçürmələri 45 milyon ABŞ dolları təşkil edib.
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verilir ki, bu, 2023-cü illə müqayisədə 23,6 % azdır.
Hesabat dövründə Azərbaycandan Gürcüstana daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 10,7 %-dən 8,5 %-ə düşüb.
Ötən il Gürcüstandan Azərbaycana isə fiziki şəxslər 35,3 milyon ABŞ dolları pul köçürmələri həyata keçirib.
Bu, əvvəlki ilə nisbətən 5,8 % azdır.
İl ərzində Gürcüstandan Azərbaycana daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 2,3 %-dən 3,3 %-a çatıb.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə kapital xarakterli əməliyyatlar nəzərə alınmadan fiziki şəxslərin pul köçürmələri 526,8 milyon ABŞ dolları (2023-cü illə müqayisədə 4,25 % az), əks istiqamətdə pul köçürmələri isə 1 milyard 82,9 milyon ABŞ dolları (34,6 % az) təşkil edib.
report
Bizi sosial şəbəkələrdən izləyin!!